AZ

Astanada binada yanğın olub, üç uşaq ölüb

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Astanada 21 mərtəbəli binanın 15-ci mərtəbəsində bir mənzildə yanğın baş verib, üç uşaq ölüb.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın qısa müddətdə söndürülüb. Mənzildə 3 uşağın meyiti aşkarlanıb. Bir qadın xilas edilib, o, yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yanğınsöndürənlər binadan 20 nəfəri təxliyə edib, daha 40-a yaxın sakin isə binanı özləri tərk ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
6
apa.az

7Mənbələr