
Astanada 21 mərtəbəli binanın 15-ci mərtəbəsində bir mənzildə yanğın baş verib, üç uşaq ölüb.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın qısa müddətdə söndürülüb. Mənzildə 3 uşağın meyiti aşkarlanıb. Bir qadın xilas edilib, o, yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yanğınsöndürənlər binadan 20 nəfəri təxliyə edib, daha 40-a yaxın sakin isə binanı özləri tərk ediblər.