AZ

Vadar Nuriyev: “Belə olacağını ehtimal etmirdik” – ARENA.AZ

“Araz-Naxçıvan”ın məşqçisi Vadar Nuriyev Premyer Liqanın 27-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Neftçi Arena”da baş tutmuş görüşündə Naxçıvan təmsilçisi 1:2 hesabı ilə məğlub olub.

Vadar Nuriyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyuna yaxşı hazırlaşmışdıq. Qalib gəlmək istəyirdik. Bu görüşə final oyunu kimi çıxmışdıq. Birinci hissədə “Neftçi”, ikinici hissədə biz yaxşı oynadıq. Əvəzetmələrlə oyunu düzəltdik, qol da vurduq. Komandamızdan 2-ci hissədə razı qaldım. “Neftçi”ni təbrik edirəm.

Qarşıda daha 6 oyunumuz var. Rəqiblərimizin də oyunları olacaq. Avrokuboklara vəsiqə uğrunda mübarizədən tam qopduğumuzu demək olmaz. Ola bilsin ki, rəqiblərimiz də xal itirəcəklər.

Cinah oyunçularımız yox idilər. İssuf Paro cinah oyunçusu deyil. Ömər Buludov da sol cinah oyunçusu deyil. Ehtimal etmirdik ki, belə bir şey ola bilər. Amma oldu. Bruno Franko da zədəlidir. O da olsaydı, tamam başqa futbol oynayacaqdıq. Cinahda belə səhvlər etməyəcəkdik”.

Xatırladaq ki, “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko cəzalı olduğu üçün bu oyunu da tribunadan izləyib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
8
1
arena.az

10Mənbələr