ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
Bu ilin mart ayında “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 152 min tona taxıl və dənli bitkilər daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18% artım deməkdir.
Bu barədə Globalinfo.az-a ADY-dən məlumat verilib.
Tranzit rejimdə daşınmış analoji yüklərin həcmi martda 28 116 ton olub. Bu göstərici isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 27%, o cümlədən Şimal-Cənub dəhlizi üzrə 190%, Şimal-Qərb istiqamətində isə 3% artıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.