Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Dəmir Yolları QSC (ADY) tərəfindən 2026-cı ilin mart ayında 152 min ton taxıl və dənli bitkilər daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artım deməkdir.
ADY-dən AZƏRTAC-a bildirlib ki, tranzit rejimdə daşınmış analoji yüklərin həcmi martda 28 min 116 ton olub.
Yüklərin həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 27 faiz, o cümlədən Şimal-Cənub dəhlizi üzrə 190 faiz, Şimal-Qərb istiqamətində isə 3 faiz artıb.