AZ

ADY tərəfindən mart ayında 152 min ton taxıl daşınıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 10 aprel, AZƏRTAC

Azərbaycan Dəmir Yolları QSC (ADY) tərəfindən 2026-cı ilin mart ayında 152 min ton taxıl və dənli bitkilər daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artım deməkdir.

ADY-dən AZƏRTAC-a bildirilib ki, tranzit rejimdə daşınmış analoji yüklərin həcmi martda 28 min 116 ton olub.

Yüklərin həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 27 faiz, o cümlədən Şimal-Cənub dəhlizi üzrə 190 faiz, Şimal-Qərb istiqamətində isə 3 faiz artıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
11
azertag.az

10Mənbələr