AZ

Mikroavtobusla TIR toqquşdu - 7 ölü, 7 yaralı

Türkiyədə Antalya-Isparta avtomobil yolunun Karğı ərazisində yük maşını (TIR) ilə mikroavtobusun toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 7 nəfər həlak olub, 2-si ağır olmaqla daha 7 nəfər yaralanıb.

Hadisənin saat 17:00 radələrində baş verdiyi bildirilir.

Qəzanın səbəbləri araşdırılır, əraziyə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

"Cebheinfo.az" 

Seçilən
2
5
cebheinfo.az

6Mənbələr