AZ

Türkiyədə mikroavtobusla TIR toqquşub, ölənlər və xəsarət alanlar var

Türkiyədə Antalya-Isparta avtomobil yolunun Karğı ərazisində yük maşını (TIR) ilə mikroavtobusun toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 7 nəfər həlak olub, 2-si ağır olmaqla daha 7 nəfər yaralanıb.

Hadisənin saat 17:00 radələrində baş verdiyi bildirilir.

Qəzanın səbəbləri araşdırılır, əraziyə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Seçilən
1
5
unikal.az

6Mənbələr