AZ

Antalya–Isparta yolunda qəza olub, 7 nəfər ölüb, 7 nəfər yaralanıb

Türkiyədə Antalya–Isparta avtomobil yolunun Karğı ərazisində yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 7 nəfər həlak olub, 2-si ağır olmaqla daha 7 nəfər yaralanıb.

Hadisənin saat 17:00 radələrində baş verdiyi bildirilir.

Qəzanın səbəbləri araşdırılır, əraziyə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Seçilən
25
5
apa.az

6Mənbələr