İranda strateji sənaye obyektlərinə ardıcıl zərbələr endirilməsi ilə bağlı xəbərlər yayılıb.
Musavat.com xəbər verir ki, Mehr agentliyinin məlumatına görə, Mahşəhr şəhərində yerləşən “Amir Kabir” neft-kimya zavodu aviazərbələrə məruz qalıb.
Bildirilib ki, hücum nəticəsində müəssisədə dağıntılar qeydə alınıb, lakin itkilərlə bağlı dəqiq məlumat açıqlanmayıb.
Eyni zamanda, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha genişmiqyaslı hücum barədə məlumat yayıb. Qurumun iddiasına görə, “Amir Kabir”lə yanaşı, “Bandar İmam” və “Fəcr” neft-kimya kompleksləri, həmçinin Ərak şəhərində yerləşən alüminium zavodu da zərbələrə məruz qalıb.
SEPAH bu hücumların ABŞ və İsrail tərəfindən həyata keçirildiyini bildirir.
Musavat.com