ain.az bildirir, Azpolitika.az portalına istinadən.
Fars Xəbər Agentliyinin məlumatına görə, İran Silahlı Qüvvələrinin ABŞ-İsrail hücumlarına cavab olaraq həyata keçirdiyi əks-hücumların ilk mərhələsində “Sadra”, “Exxon Mobil” və “Dark Chemical” adlı Amerika şirkətlərinin Səudiyyə Ərəbistanının şərqində yerləşən Əl-Cubeyl şəhərindəki obyektləri hədəf alınıb.
Məlumatda bildirilir ki, hücumların davamında Əl-Cueymə bölgəsində yerləşən “Shorden Phillips” adlı Amerika şirkətinə məxsus neft-kimya müəssisələri də İnqilab Keşikçiləri tərəfindən orta mənzilli raketlər və pilotsuz uçuş aparatları ilə vurulub.
İddialara görə, İranın hücumları nəticəsində bu Amerika şirkətlərinə məxsus obyektlərdə ciddi dağıntılar baş verib.
Qeyd olunub ki, bu hücumlar ABŞ və İsrailin İran ərazisindəki neft-kimya obyektlərinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.