AZ

SEPAH Səudiyyə Ərəbistanı, BƏƏ və İsraildəki obyektlərə zərbələr endirib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və onun regional tərəfdaşlarına qarşı sərt bəyanatla çıxış edib.

BAKU.WS İran KİV-lərinə istinadən xəbər verir ki, qurum ABŞ və müttəfiqlərinin enerji infrastrukturlarını hədəfə alacaqlarını açıqlayıb. Bəyanatda qeyd olunub ki, bu addımlar nəticəsində həmin ölkələr uzun müddət neft və qaz resurslarından məhrum qala bilər.

SEPAH həmçinin bildirib ki, ABŞ və İsrailin İranın neft-kimya sənayesinə və digər obyektlərinə endirdiyi zərbələrə cavab olaraq Yaxın Şərqdə bir sıra hədəflərə pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib.

İran tərəfinin iddiasına əsasən, zərbələr İsraildə Dimona yaxınlığında yerləşən enerji obyektlərinə, BƏƏ-nin Cəbəl-Əli limanında ABŞ Hərbi Dəniz Qüvvələrinə aid texniki xidmət mərkəzinə, həmçinin Küveytdəki Əhməd əl-Cabir aviabazasında yerləşən radiolokasiya sistemlərinə yönəlib.

"Al Jazeera"nın məlumatına görə, Səudiyyə Ərəbistanının Cübail bölgəsindəki neft-kimya obyektləri də raket və dron hücumlarına məruz qalıb.

SEPAH bildirir ki, hücumlar İsrailin daha əvvəl Şirazdakı neft-kimya kompleksinə endirdiyi zərbələrə cavab xarakteri daşıyır. Qurumun açıqlamasında ABŞ-la əlaqəli bəzi şirkətlərin obyektlərinin də hədəfə alındığı qeyd olunub.

İran rəsmiləri daha əvvəl də xəbərdarlıq etmişdilər ki, ölkənin enerji və infrastrukturuna qarşı hücumlar baş verərsə, regionda analoji obyektlərə cavab zərbələri endiriləcək.

Seçilən
0
19
far.az

10Mənbələr