AZ

İsveç rejissoru Naxçıvanda film çəkilişlərinə başlayıb

İsveçli sənədli film rejissoru Mikael Silkeberq Naxçıvanda film çəkilişlərinə başlayıb.

Aznews.az xəbər verir ki, isveçli rejissor jurnalistlərə açıqlamasında bildirb ki, bu, Naxçıvana üçüncü səfəridir: "40 dəqiqəlik filmdə Naxçıvan insan sivilizasiyasının qədim beşiklərindən biri kimi təqdim edilir. Filmdə mən Naxçıvanı canlı bir arxiv kimi göstərməyə çalışmışam. “Azərbaycanın Maçu Piçusu” adlandırılan möhtəşəm məkanı - Əlincə qalası kimi qədim qalaları, Ordubadın tarixi şəhər mühitini, o cümlədən unikal Qeysəriyyə kompleksini, insan yaradıcılığının ən qədim izlərini daşıyan Gəmiqaya qayaüstü təsvirlərini, həmçinin mənəvi dəyərlərin və yerli inancların bu gün də yaşadığı müqəddəs Əshabi-Kəhf ziyarətgahını lentə aldıq".

Mikael Silkeberq qeyd edib ki, “Yaddaşda yaşayan Vətən” adlı film Naxçıvanın zəngin intellektual və bədii irsini də əks etdirir.

Qeyd olunub ki, rejissorun bundan öncə çəkdiyi "Nuhun izləri” filmi Avropa da daxil olmaqla bir sıra ölkələrdə də nümayiş etdirilib.

Seçilən
12
4
aznews.az

6Mənbələr