İsveçli sənədli film rejissoru Mikael Silkeberq Naxçıvanda film çəkilişlərinə başlayıb.
Aznews.az xəbər verir ki, isveçli rejissor jurnalistlərə açıqlamasında bildirb ki, bu, Naxçıvana üçüncü səfəridir: "40 dəqiqəlik filmdə Naxçıvan insan sivilizasiyasının qədim beşiklərindən biri kimi təqdim edilir. Filmdə mən Naxçıvanı canlı bir arxiv kimi göstərməyə çalışmışam. “Azərbaycanın Maçu Piçusu” adlandırılan möhtəşəm məkanı - Əlincə qalası kimi qədim qalaları, Ordubadın tarixi şəhər mühitini, o cümlədən unikal Qeysəriyyə kompleksini, insan yaradıcılığının ən qədim izlərini daşıyan Gəmiqaya qayaüstü təsvirlərini, həmçinin mənəvi dəyərlərin və yerli inancların bu gün də yaşadığı müqəddəs Əshabi-Kəhf ziyarətgahını lentə aldıq".
Qeyd olunub ki, rejissorun bundan öncə çəkdiyi "Nuhun izləri” filmi Avropa da daxil olmaqla bir sıra ölkələrdə də nümayiş etdirilib.