AZ

Serj Sarkisyan seçkilərdə iştirakdan imtina etdi

Ermənistanın sabiq prezideti Serj Sərkisyan  və onun lideri olduğu Respublika Partiyası iyunda keçiriləcək parlament seçkilərində iştirakdan imtina  edib.

Hakimiyyet.az  xəbər verir ki, bu barədə Ermənistan üçüncü prezidenti Serj Sarkisyan  deyib.

Sərkisyan bildirib ki, Respublika Partiyası seçkilərdə birbaşa iştirak etməkdən imtina etsə də, siyasi hadisələrin ön sıralarında olmağa davam edəcək.

"İştirak etməmək mübarizədən imtina etmək demək deyil. Biz seçkilərdə müxalifətin daha da bölünməməsi üçün iştirak etmirik. Seçicilərimizin səsləri itirilməyəcək; onlar müxalifətə qoşulacaqlar. Eqomuz heç vaxt eqoizmə çevrilməyib və bu, qəbuledilməzdir. Bu qərar elə də asan  qəbul edilməyib", - deyə o bildirib.

 Mürtəza

Seçilən
0
8
hakimiyyet.az

10Mənbələr