Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ermənistanın sabiq prezideti Serj Sərkisyan və onun lideri olduğu Respublika Partiyası iyunda keçiriləcək parlament seçkilərində iştirakdan imtina edib.Ölkə.az xəbər verir ki, bu barədə Ermənistan üçüncü prezidenti Serj Sarkisyan deyib.
Sərkisyan bildirib ki, Respublika Partiyası seçkilərdə birbaşa iştirak etməkdən imtina etsə də, siyasi hadisələrin ön sıralarında olmağa davam edəcək.
"İştirak etməmək mübarizədən imtina etmək demək deyil. Biz seçkilərdə müxalifətin daha da bölünməməsi üçün iştirak etmirik. Seçicilərimizin səsləri itirilməyəcək; onlar müxalifətə qoşulacaqlar. Eqomuz heç vaxt eqoizmə çevrilməyib və bu, qəbuledilməzdir. Bu qərar elə də asan qəbul edilməyib", - deyə o bildirib.Mürtəza
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.