Serj Sarkisyan Robert Koçaryan blokunun qarşıdakı parlament seçkilərində uğur qazanmasında maraqlı olduğunu bildirib.
Ermənistan mediasının məlumatına görə, o, "Ermənistan" blokunun seçkilərdə uğur qazanmasını hamıdan çox istədiyini vurğulayıb.
"Bu, hamımızın əlindədir", - o deyib.
Qeyd edək ki, Sarkisyan tərəfdarlarını müxalifət qüvvələrinə səs verməyə çağıraraq seçkilərdə iştirak etməyəcək. Belə ki, müalifətin parçalanmasının qarşısını almaq üçün iştirak etməmək qərarı verilib.