AZ

Salyanda qadın itkin DÜŞDÜ

Salyanda

Salyan rayonunda 43 yaşlı qadın itkin düşüb.Ulusum.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayon sakini, 1983-cü il təvəllüdlü Əhmədova Sevinc Xəlil qızı martın 20-si, axşam saatlarında yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.İtkin düşən şəxsin əlamətləri belədir: boyu 165 sm, qara uzun saçlı, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində sarı rəngli köynək və şalvar olub. Bildirilir ki, o, ruhi-əsəb xəstəliyindən əziyyət çəkir.Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya onun barəsində hər hansı məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə (021 254 07 85, 055 390 87 87, 055 822 30 80) müraciət etmələri xahiş olunur.

Diqqət Çəkənlər

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

Şübhəli bilinən 51 nəfər saxlanılıb

5 ölü, 50 yaralı var

Seçilən
9
34
ulusum.az

10Mənbələr