AZ

43 yaşlı qadın itkin düşüb - FOTO

Yazını böyüt
Yazını kiçilt

Salyan rayon sakini, 1983-cü il təvəllüdlü Əhmədova Sevinc Xəlil qızı itkin düşüb.

Hafta.az bildirir ki, o, martın 20-də yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

S.Əhmədovanın boyu 165 sm, qara uzun saçlı, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində sarı rəngli köynək və şalvar olub. Onun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi qeyd olunur.

Daxili İşlər Nazirliyi vətəndaşlardan qadını görən və ya barəsində məlumatı olan şəxslərdən “102 Zəng Mərkəzi” Xidmətinə və ya Salyan Rayon Polis Şöbəsinə (021 254 07 85, 055 390 87 87, 055 822 30 80) məlumat vermələrini xahiş edir.

Seçilən
0
38
hafta.az

10Mənbələr