Salyan rayonunda 43 yaşlı qadın itkin düşüb.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayon sakini, 1983-cü il təvəllüdlü Əhmədova Sevinc Xəlil qızı martın 20-si, axşam saatlarında yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
İtkin düşən şəxsin əlamətləri belədir: boyu 165 sm, qara uzun saçlı, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində sarı rəngli köynək və şalvar olub. Bildirilir ki, o, ruhi-əsəb xəstəliyindən əziyyət çəkir.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya onun barəsində hər hansı məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə (021 254 07 85, 055 390 87 87, 055 822 30 80) müraciət etmələri xahiş olunur.
