AZ

Süleymaninin qızı xəbərdarlıq etdi

SEPAH-ın ABŞ tərəfindən öldürülən generalı Qasım Süleymaninin qızı Zeynəb Süleymani sosial şəbəkədə paylaşım edib.

Bakıvaxtı.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, Z.Süleymani videogörüntü paylaşaraq Səudiyyə Ərəbistanı və BƏƏ rəhbərliyinə xəbərdarlıq edib.

"İstər Amerika olsun, istər Səudiyyə Ərəbistanı, istərsə də hər hansı başqa bir güc - nəsə etmək istəsələr də, bacarmazlar. Bu, ilahi iradədir. Bunlar heç bir əhəmiyyət kəsb etmir", - videoda deyilir.

Z.Süleymani videonu paylaşdıqdan sonra qeyd edib ki, Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla bəzi Körfəz ölkələri ABŞ-İsrail təzyiqlərini pərdəarxası şəkildə təhrik edir və dəstəkləyir.

"Biz onları xəbərdar edirik ki, "müqavimət oxu"ndakı Hacı Qasım məktəbinin davamçıları xainlər üçün geniş planlar hazırlayıblar. Hacı Qasimin gözlərindəki qəzəbi xatırlayırsınızmı? İndi o gözləri döyüş meydanındakı İslam ordusu əsgərlərində görmək mümkündür", - deyə Z.Süleymani bildirib.

Seçilən
15
4
bakivaxti.az

10Mənbələr