SEPAH-ın ABŞ tərəfindən öldürülən generalı Qasım Süleymaninin qızı Zeynəb Süleymani sosial şəbəkədə paylaşım edib.
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, Z.Süleymani videogörüntü paylaşaraq Səudiyyə Ərəbistanı və BƏƏ rəhbərliyinə xəbərdarlıq edib.
"İstər Amerika olsun, istər Səudiyyə Ərəbistanı, istərsə də hər hansı başqa bir güc - nəsə etmək istəsələr də, bacarmazlar. Bu, ilahi iradədir. Bunlar heç bir əhəmiyyət kəsb etmir", - videoda deyilir.