SEPAH-ın ABŞ tərəfindən öldürülən generalı Qasım Süleymaninin qızı Zeynəb Süleymani Səudiyyə Ərəbistanı və BƏƏ rəhbərliyinə xəbərdarlıq edib.
"Unikal" xəbər verir ki, o, videogörüntü paylaşaraq yazıb:
"Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla bəzi Körfəz ölkələrinin ABŞ-Sionist təzyiqlərini pərdəarxası şəkildə təhrik etdiyi və dəstəklədiyi bildirilir. Biz onları xəbərdar edirik ki, "müqavimət oxu"ndakı Hacı Qasım məktəbinin davamçıları xainlər üçün geniş planlar hazırlayıblar. Hacı Qasimin gözlərindəki qəzəbi xatırlayırsınızmı? İndi o gözləri döyüş meydanındakı İslam Ordusu əsgərlərində görmək mümkündür".