AZ

Elektrik stansiyalarımız vurulsa... - İran Baş qərargahı bəyanat yaydı

ABŞ İranın elektrik stansiyalarına hücum edərsə, bölgədəki ABŞ enerji və informasiya infrastrukturu obyektlərinə qarşı cavab tədbirləri görüləcək.

Musavat.com xəbər verir ki, bu xəbərdarlıqla İran Silahlı Qüvvələrinin Baş Qərargahı çıxış edib: "Təkrar edirik: düşmən İranın enerji infrastrukturu obyektlərinə hücum edərsə, Yaxın Şərqdə ABŞ-a məxsus bütün enerji və informasiya infrastrukturu obyektlərinə, eləcə də texnologiya mərkəzlərinə və duzsuzlaşdırma zavodlarına zərbə endirəcəyik"

Baş Qərargahın bəyanatını İran dövlət televiziyası yayımlayıb.

Musavat.com

 

Seçilən
70
3
musavat.com

7Mənbələr