ABŞ İranın elektrik stansiyalarına hücum edərsə, bölgədəki ABŞ enerji və informasiya infrastrukturu obyektlərinə qarşı cavab tədbirləri görüləcək.
Musavat.com xəbər verir ki, bu xəbərdarlıqla İran Silahlı Qüvvələrinin Baş Qərargahı çıxış edib: "Təkrar edirik: düşmən İranın enerji infrastrukturu obyektlərinə hücum edərsə, Yaxın Şərqdə ABŞ-a məxsus bütün enerji və informasiya infrastrukturu obyektlərinə, eləcə də texnologiya mərkəzlərinə və duzsuzlaşdırma zavodlarına zərbə endirəcəyik"
Baş Qərargahın bəyanatını İran dövlət televiziyası yayımlayıb.
Musavat.com