ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 22 mart, AZƏRTAC
Vaşinqton İslam Respublikasındakı elektrik stansiyalarına hücum edərsə, ABŞ-nin regiondakı infrastruktur obyektlərinə cavab zərbələri endiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı müvafiq bəyanatla çıxış edib.
İran dövlət televiziyası tərəfindən yayılan bəyanatda deyilir: "Təkrar edirik: İranın enerji infrastrukturuna hücum olarsa, biz Yaxın Şərqdə ABŞ-a məxsus bütün enerji obyektlərinə, eləcə də texnologiya mərkəzlərinə və duzsuzlaşdırma zavodlarına zərbə endirəcəyik".
Xəbərdarlıq ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı 48 saat ərzində gəmiçilik üçün tam açılmayacağı təqdirdə, İranın bəzi elektrik stansiyalarını məhv etməklə hədələməsi ilə əlaqədardır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.