AZ

Sumqayıtda tonqal partlayışı zamanı xəsarət alanların vəziyyəti açıqlanıb

Bakı. Trend:

Martın 21-də saat 21:10 radələrində Respublika Təcili vəTəxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, 7, 8 və12-ci məhəllələrin kəsişməsində bayram tonqalında baş verən güclüpartlayışla bağlı çağırış daxil olub.

Bu barədə Trend-əRespublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindənməlumat verilib.

Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadaları tərəfindən 5 uşaq Sumqayıt TibbMərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasınahospitalizasiya edilib.

Bununla yanaşı, 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə TəciliTibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Zərərçəkənlərin hər birinə tüstüdən zəhərlənmə səbəbilə zəruritibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş olan 7 nəfər ambulator müalicə üçün evəburaxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, onlarınvəziyyətləri stabil qiymətləndirilir.

Seçilən
65
5
az.trend.az

10Mənbələr