Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib. Binəqədi rayonu ərazisində bir nəfər “Honda” markalı avtomobilini avtoyuma məntəqələrindən birinə aparıb, daha sonra geri götürməyə gəldikdə nəqliyyat vasitəsinin qaçırıldığı məlum olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 43 yaşlı E.Bağırov müəyyən olunaraq avtomobillə birgə saxlanılıb.Araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.