Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib. Binəqədi rayonu ərazisində bir nəfər “Honda” markalı avtomobilini avtoyuma məntəqələrindən birinə aparıb, daha sonra geri götürməyə gəldikdə nəqliyyat vasitəsinin qaçırıldığı məlum olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 43 yaşlı E.Bağırov müəyyən olunaraq avtomobillə birgə saxlanılıb.
Araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta