AZ

Avtomobil qaçıran şəxs saxlanıldı

Binəqədi rayonu ərazisində bir nəfər “Honda” markalı avtomobilini avtoyuma məntəqələrindən birinə aparıb, daha sonra geri götürməyə gəldikdə nəqliyyat vasitəsinin qaçırıldığı məlum olub.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 43 yaşlı E.Bağırov müəyyən olunaraq avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
33
7
bakivaxti.az

10Mənbələr