AZ

Səudiyyə Ərəbistanı gecə yarıdan bəri 27 PUA-nı və 6 ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı Krallığının hava hücumundan müdafiə sistemləri ər-Riyad və Şarqiyyə regionlarında gecə yarıdan indiyədək 27 pilotsuz uçuş aparatını (PUA) məhv edib. Əl-Xərc rayonuna atılmış 6 ballistik raket də zərərsizləşdirilib.

Bunu Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü general Türki əl-Maliki deyib.

Qeyd olunub ki, hava hücumundan müdafiə sistemləri İrandan ölkənin müxtəlif regionlarına atılan raket və PUA-ları zərərsizləşdirmə əməliyyatlarını genişləndirib.

Seçilən
0
8
anews.az

9Mənbələr