AZ

Səudiyyə Ərəbistanı gecə yarıdan bəri 27 PUA nı və 6 ballistik raketi zərərsizləşdirib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Qahirə, 15 mart, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığının hava hücumundan müdafiə sistemləri ər-Riyad və Şarqiyyə regionlarında gecə yarıdan indiyədək 27 pilotsuz uçuş aparatını (PUA) məhv edib. Əl-Xərc rayonuna atılmış 6 ballistik raket də zərərsizləşdirilib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü general Türki əl-Maliki deyib.

Qeyd olunub ki, hava hücumundan müdafiə sistemləri İrandan ölkənin müxtəlif regionlarına atılan raket və PUA-ları zərərsizləşdirmə əməliyyatlarını genişləndirib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
8
azertag.az

9Mənbələr