Səudiyyə Ərəbistanı Krallığının hava hücumundan müdafiə sistemləri ər-Riyad və Şarqiyyə regionlarında gecə yarıdan indiyədək 27 pilotsuz uçuş aparatını (PUA) məhv edib. Əl-Xərc rayonuna atılmış 6 ballistik raket də zərərsizləşdirilib.
Bizim.Media yerli mediaya istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü general Türki əl-Maliki deyib.
Qeyd olunub ki, hava hücumundan müdafiə sistemləri İrandan ölkənin müxtəlif regionlarına atılan raket və PUA-ları zərərsizləşdirmə əməliyyatlarını genişləndirib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta