AZ

Sxadadze: “Çox üzücü qollar buraxırıq” – ARENA.AZ

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşü meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Fikrimcə, bərabər səviyyədə bir oyun keçdi. Oyuna yaxşı başlamışdıq. Pressinq edirdik. Qol vəziyyəti yaratdıqdan sonra penaltidən fərqləndik. Lakin çox üzücü qollar buraxırıq. Birinci qolda standart vəziyyətdən sonra top futbolçumuzun belinə dəydi. İkinci qolda təhlükəli bir vəziyyət olmayan yerdə əllə oyun… Bu səviyyədə belə səhvlər buraxmaq olmaz. Xüsusilə də “Neftçi” kimi komanda ilə matçda.

Birinci hissədə rəqibin təzyiqi olmayanda da mərkəzdə özümüz toplar itirirdik. Psixoloji baxımdan işləmək lazımdır. Böyük hesablı məğlubiyyətdən sonra yenə uduzduq. Bu, futbolçulara psixoloji baxımdan pis təsir edir. Fiziki və taktiki baxımdan problem yoxdur. Sadəcə, inamlı və etibarlı oynamaq lazımdır.

Müəyyən müddətdir burada işləyirəm. Bəzi azarkeşlərin istefaya səsləməsini anlamıram. Avropada bu cür hallarda komandaya və baş məşqçiyə sona qədər dəstək olurlar. İstefaya səsləyənlər 13-14 yaşlı uşaqlardır”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
1
7
arena.az

10Mənbələr