AZ

Emreli 8 ay sonra qol vurdu - Video

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” bu gün 2-ci Bundesliqada növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, “Kayzerslautern” doğma meydanda “Karlsrue” ilə qarşılaşıb. Matç Mahirin komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü qarşılaşmanın 83-cü dəqiqəsində meydana daxil olub və 90+4-cü dəqiqədə komandasının üçüncü qolunu vurub.

Bu, onun cari mövsümdə 2-ci bundesliqada ilk qolu olub.

Emreli son dəfə bu mövsüm - ötən ilin avqust ayında Almaniya kubokunda "Kayzerslautern"in 1 qolunun müəllifi olmuşdu.

15 mart

“Kayzerslautern” - “Karlsrue” - 3:0

Qollar: S.Şahin, 3, M.Berişa, 14, M.Emreli, 90+4

Qeyd edək ki, “Kayzerslautern” 2-ci Bundesliqada 40 xalla 7-ci, “Karlşrue” 34 xalla 8-ci sırada yer alıb. 

Seçilən
1
1
teleqraf.com

5Mənbələr