Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” bu gün 2-ci Bundesliqada növbəti oyununa çıxıb.
QOL.az xəbər verir ki, “Kayzerslautern” doğma meydanda “Karlşrue” ilə qarşılaşıb. Matç Mahirin komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü qarşılaşmanın 84-cü dəqiqəsində meydana daxil olub və 90+4-cü dəqiqədə komandasının üçüncü qolunu vurub.
Qeyd edək ki, “Kayzerslautern” 2-ci Bundesliqada 40 xalla 7-ci, “Karlşrue” 34 xalla 8-ci sırada yer alıb.