Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” bu gün 2-ci Bundesliqada növbəti oyununa çıxıb.
QOL.az xəbər verir ki, “Kayzerslautern” doğma meydanda “Karlsrue” ilə qarşılaşıb. Matç Mahirin komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü qarşılaşmanın 83-cü dəqiqəsində meydana daxil olub və 90+4-cü dəqiqədə komandasının üçüncü qolunu vurub.
Bu, onun cari mövsümdə 2-ci bundesliqada ilk qolu olub. Emreli daha əvvəl bu mövsüm avqust ayında Almaniya kubokunda "Kayzerslautern"in 1 qolunun müəllifi olub.
15 mart
“Kayzerslautern” - “Karlsrue” - 3:0
Qollar: S.Şahin, 3, M.Berişa, 14, M.Emreli, 90+4
Qeyd edək ki, “Kayzerslautern” 2-ci Bundesliqada 40 xalla 7-ci, “Karlşrue” 34 xalla 8-ci sırada yer alıb.