ain.az, Bizim media saytına istinadən bildirir.
Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən ofislərin birindən orada çalışan şəxsə məxsus 9000 dollar dəyərində fotoaparatın oğurlanması ilə bağlı polisə müraciət daxil olub.Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Araşdırmalarla fotoaparatın zərərçəkmişlə eyni ofisdə çalışan həmkarı tərəfindən oğurlanması müəyyən edilib.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı K.Hətəmova saxlanılıb.Fakt üzrə araşdırma aparılır.Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.