AZ

İşlədiyi ofisdən 9000 dollarlıq fotoaparat oğurladı - Saxlanıldı

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən ofislərin birindən orada çalışan şəxsə məxsus 9000 dollar dəyərində fotoaparatın oğurlanması ilə bağlı polisə müraciət daxil olub.


Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Araşdırmalarla fotoaparatın zərərçəkmişlə eyni ofisdə çalışan həmkarı tərəfindən oğurlanması müəyyən edilib.

    Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı K. Hətəmova saxlanılıb.

    Fakt üzrə araşdırma aparılır.

    Seçilən
    15
    23
    manset.az

    10Mənbələr