Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən ofislərin birindən orada çalışan şəxsə məxsus 9000 dollar dəyərində fotoaparatın oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Day.Az-a verilən, araşdırmalarla fotoaparatın zərərçəkmişlə eyni ofisdə çalışan həmkarı tərəfindən oğurlanması müəyyən edilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı K.Hətəmova saxlanılıb.
Fakt üzrə araşdırma aparılır.