AZ

Füzuli Məmmədov: “Düşünürdük ki, məğlub olmarıq”

Misli Premyer Liqasının XXIII turunun "Araz-Naxçıvan" - "Karvan-Yevlax" matçından (2:1) sonra qonaqların baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

"Düşünürdük ki, ən azından məğlub olmarıq. Qələbə qazanmaq istəyirdik. Oyuna çox ciddi hazırlaşmışdıq. Birinci hissədə iki səhv etdik. Bundan sonra geridönüş etmək çətin oldu. İkinci yarıda daha aqressiv oynadıq. Bir qol vurduq. İkinci qolu vurmaq üçün epizodlarımız olsa da, dəyərləndirə bilmədik. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- İkinci qolu vurmaq üçün nə çatmadı? 

- "Araz-Naxçıvan" kimi komandaya 2-3 qol vurmaq çətindir. İkinci hissədə irəlidə oynadıq. Bir qol vurduq. Bundan başqa da epizodlarımız oldu. Bəzi epizodlarda səhv qərarlar ikinci qolu vurmağa mane oldu.

- Kayl Spensin əvəzlənməsinin səbəbinədir? 

- Onda bir az yorğunluq hiss elədim.

“Qarabağ” legioneri ilə vidalaşdı - RƏSMİ

“Sumqayıt”dan azarkeşlərə jest - GİRİŞ PULSUZ OLACAQ

“Şəfa”da yeni təyinat - RƏSMİ

“Səbail” və “Baku Sportinq”dən qələbə

“Karvan-Yevlax”ın futbolçuları milli komandalarda

Seçilən
13
7
apasport.az

8Mənbələr