"Ən azından məğlub olmamağı düşünürdüm. Qələbə qazanmaq istəyirdik. Oyuna çox ciddi hazırlaşmışdıq".
QOL.az xəbər verir ki, bu sözləri "Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının 24-cü turunda bu gün "Araz-Naxçıvan"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 1:2 hesablı məğlubiyyəti belə şərh edib: "Birinci hissədə iki səhv etdik. Bundan sonra geridönüş etmək çətin oldu. İkinci hissədə daha aqressiv oynadıq. Bir qol vurduq. İkinci qolu vurmaq üçün epizodlarımız olsa da, dəyərləndirə bilmədik. Qarşıdakı oyunlara hazırlaşacağıq. "Araz-Naxçıvan" kimi komandaya 2-3 qol vurmaq çətindir. İkinci hissədə irəlidə oynadıq. Bir qol vurduq. Bundan başqa da epizodlarımız oldu. Bəzi epizodlarda səhv qərarlar ikinci qolu vurmağa mane oldu".