"Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının 24-cü turu çərçivəsində səfərdə "Araz-Naxçıvan"a qarşı keçirdikləri oyunu şərh edib.


Rekord.az xəbər verir ki, o, 1:2 hesabı ilə uduzduqları matçla bağlı bunları söyləyib:


“Düşünürdük ki, ən azından məğlub olmarıq. Qələbə qazanmaq istəyirdik. Oyuna çox ciddi hazırlaşmışdıq. Birinci hissədə iki səhv etdik. Bundan sonra geridönüş etmək çətin oldu. İkinci yarıda daha aqressiv oynadıq. Bir qol vurduq. İkinci qolu vurmaq üçün epizodlarımız olsa da, dəyərləndirə bilmədik. Qarşıdakı oyunlara hazırlaşacağıq.


"Araz-Naxçıvan" kimi komandaya 2-3 qol vurmaq çətindir. İkinci hissədə irəlidə oynadıq. Bir qol vurduq. Bundan başqa da epizodlarımız oldu. Bəzi epizodlarda səhv qərarlar ikinci qolu vurmağa mane oldu”.