AZ

Moldovanın MDB-dən çıxması təsdiqləndi

Moldova hökuməti Müstəqil Dövlətlər Birliyinin (MDB) əsas müqavilələrinin denonsasiyasını (beynəlxalq müqaviləni imzalayan dövlətlərdən birinin fəaliyyətini birtərəfli qaydada dayandırması - red.) təsdiqləyib.

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti müvafiq qərar çıxarıb.

Məlumata görə, bununla bağlı təşəbbüsçü Moldavanın Xarici İşlər Nazirliyi (XİN) olub.

XİN-in mövqeyinə görə, MDB-nin əsas prinsiplərinə riayət edilmir.

Daha əvvəl bu qərarı Moldova parlamentinin Xarici Siyasət Komissiyası təsdiqləmişdi.

Qeyd olunurdu ki, hakimiyyət MDB strukturlarından çıxmanı Avropa İttifaqına doğru addım hesab edir.

Seçilən
44
3
ulusum.az

4Mənbələr