AZ

Moldovanın MDB dən çıxması təsdiqləndi

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Moldova hökuməti Müstəqil Dövlətlər Birliyinin (MDB) əsas müqavilələrinin denonsasiyasını (beynəlxalq müqaviləni imzalayan dövlətlərdən birinin fəaliyyətini birtərəfli qaydada dayandırması - red.) təsdiqləyib.

Oxu.Az news.ru-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti müvafiq qərar çıxarıb.

Məlumata görə, bununla bağlı təşəbbüsçü Moldavanın Xarici İşlər Nazirliyi (XİN) olub.

XİN-in mövqeyinə görə, MDB-nin əsas prinsiplərinə riayət edilmir.

Daha əvvəl bu qərarı Moldova parlamentinin Xarici Siyasət Komissiyası təsdiqləmişdi.

Qeyd olunurdu ki, hakimiyyət MDB strukturlarından çıxmanı Avropa İttifaqına doğru addım hesab edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
84
3
oxu.az

4Mənbələr