AZ

Moldovanın MDB-dən çıxması təsdiqləndi

Moldova hökuməti Müstəqil Dövlətlər Birliyinin (MDB) əsas müqavilələrinin denonsasiyasını (beynəlxalq müqaviləni imzalayan dövlətlərdən birinin fəaliyyətini birtərəfli qaydada dayandırması - red.) təsdiqləyib.
 
Moderator.az news.ru-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti müvafiq qərar çıxarıb.
 
Məlumata görə, bununla bağlı təşəbbüsçü Moldavanın Xarici İşlər Nazirliyi (XİN) olub.
 
XİN-in mövqeyinə görə, MDB-nin əsas prinsiplərinə riayət edilmir.
 
Daha əvvəl bu qərarı Moldova parlamentinin Xarici Siyasət Komissiyası təsdiqləmişdi.
 
Qeyd olunurdu ki, hakimiyyət MDB strukturlarından çıxmanı Avropa İttifaqına doğru addım hesab edir.
Seçilən
84
3
moderator.az

4Mənbələr