AZ

Millimizin baş məşqçisi: “Sona qədər xarakter göstərərək qələbə qazandıq”

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali Makedoniya yığmasına 2:0 hesabı ilə qalib gəlib.

Apasport.az xəbər verir ki, millimizin baş məşqçisi Siyasət Əsgərov oyundan sonra keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib:

“Çox yaxşı gün oldu. Əlbəttə ki, çətin oyun salındı. Qələbə qazanmaq istəyirdik və bunu bacardığımız üçün qürur duyuruq. Futbolçularımıza təşəkkür edirəm. Matçın ilk 20 dəqiqəsində səhvlərimiz oldu, amma getdikdə komanda özünə gəldi. İkinci hissədə də rəqibin təzyiq edəcəyini bilirdik. Maksimum dərəcədə diqqətli olmalıydıq. Çünki rəqib bərabərlik qolu üçün hücuma atılacaqdı və haradasa səhv edəcəkdi. Qızlar sona qədər xarakter göstərərək ikinci qolu vurdular və qələbə qazandıq”.

Siyasət Əsgərov martın 7-də səfərdə Macarıstan yığması ilə keçiriləcək matçdan da uğurlu nəticə ilə dönməyi hədəflədiklərini söyləyib: “Qısa müddətdə bərpa olunmaq çox çətindir. Heyətimizdə itkilər var, 3 futbolçumuz zədə səbəbindən heyətdən kənarda qalıb. Bizi indi Macarıstana uzun səfər gözləyir. Rəqibin gücünə bələdik, heyətində fərdi cəhətdən yüksək keyfiyyətə malik oyunçular var. Buna baxmayaraq, Macarıstandan minimum heç-heçə ilə qayıtmağı hədəfləyirik”.

“Neftçi”dən minimalhesablı qələbə, “Araz” - “Sumqayıt” matçında 7 qol

Millimizin oyunu polşalılara tapşırılıb

AFFA-dan “Neftçi”yə münasibət

Azərbaycanda “Basketbol Hər Yerdə!” layihəsinə start verildi - FOTO

Bəhlul Mustafazadə əməliyyat olunub

Seçilən
1
9
apasport.az

10Mənbələr