AZ

Dövlət orqanlarında 12 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 fevral, AZƏRTAC

Fevralın 27-də 8 dövlət orqanında inzibati vəzifələrin 3 və 4-cü təsnifatlarına uyğun olan 12 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, daxili müsahibə elan edilən vəzifələrin 4-ü üçüncü təsnifatına, 8-i dördüncü təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında şöbə müdiri vəzifələridir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.

Müsahibədə iştirak etmək istəyən namizədlər fevralın 27-dən martın 13-dək saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
1
azertag.az

10Mənbələr