AZ

Azərbaycanda məşhur blogerlər dərman reklamı qaydalarını kobudcasına pozurlar...



Nadim Əliyev: “Səhiyyə sahəsində bloger fəaliyyəti tam şəkildə qadağan olunmalıdır”

Blogerlik fəaliyyəti dünyanın çox yerində asan və əsas qazanc mənbəyi kimi populyarlaşıb. Videokontentlərdə məşhurlaşan şəxslər primitiv, mənasız paylaşımlarla da özlərinə abunə yığırlar.

Çünki hazırda ən baxılan səhifələrin sahibləri öz gündəlik həyatlarına aid dəxlisiz videolar bölüşməklə pul qazanırlar. Dünya təcrübəsində blogerlik edənlərin maddi qazancı və reklam gəlirləri vergiyə cəlb olunur. Azərbaycanda da blogerlik inkişaf edib. Azərbaycanlı blogerlər də asan qazanc əldə etmək üçün qanunla qadağan olunmuş məhsulları belə reklam edirlər. Məlumdur ki, "Dərman vasitələri haqqında” qanun və "Reklam haqqında” qanuna əsasən dərman və həkimlərin reklamı yolverilməzdir. Ancaq blogerlər bu qanuna məhəl qoymur, müəyyən vəsait qarşılığında dərman preparatlarını reklam edirlər.

İKT eksperti Nadim Əliyev baki-xeber.com-a şərhində bildirdi ki, sosial mediada reklamla məşğul olan influenserlər və blogerlər – rəqəmsal platforma təsirçiləri (RPT) üçün müəyyən qaydalar var. Onlar həmin tələblərə əməl etməlidir: “Bloger, tanınmış şəxs və ya kimliyindən asılı olmayaraq heç kəs dərman vasitələrini reklam edə bilməz. Bununla bağlı ölkə başçısı tərəfindən xüsusi qayda tətbiq edilib. Təəssüf ki, bəzi TikTokerlər və bloqerlər bu göstərişə məhəl qoymayaraq dərman reklamı ilə məşğul olurlar.

Səhiyyə sahəsində bloqer fəaliyyəti tam şəkildə qadağan olunmalıdır. Bu cür fəaliyyətlərin Azərbaycanda rəsmi olaraq qadağan edilməsinə ciddi ehtiyac var. Həkim və dərman reklamlarının bloqerlər tərəfindən aparılması dayandırılmalı, bu hallara qarşı sərt sanksiyalar tətbiq edilməlidir. İnsanların sağlamlığı üzərindən qazanc ədə edənlər sərt şəkildə cəzalandırılmalıdır”.

Günel CƏLİLOVA

Seçilən
11
50
baki-xeber.com

10Mənbələr