AZ

Yoxsul bir uşağın təhsil həvəsi milyonların gözünü açdı

2018-ci ilin şaxtalı bir səhərində Yunnan vilayətinin dağ kəndlərindən birində yaşayan 8 yaşlı bir uşaq - Çində “Buz uşaq” kimi tanınan Vanq Fuman  imtahana girə bilmək üçün -9°C şaxtada 5 kilometr yol getdi. Məktəbə çatanda saçları və qaşları tamamilə buz bağlamışdı, yanaqları isə qıpqırmızı idi. Və o imtahandan 100 üzərindən 99 bal topladı.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, müəllimi onu bu vəziyyətdə görəndə şəklini çəkdi və həmin foto bütün ölkədə böyük səs-küy yaratdı.

Bir uşağın soyuğa müqaviməti əslində milyonlarla insanın görməzdən gəldiyi yoxsulluğun səssiz sübutu idi. Maraqlıdır ki, tək bir kadr nəhəng bir ölkəni hərəkətə gətirdi. Qısa müddətdə təxminən 3 milyon yuan ianə toplandı. Məktəbin isitmə sistemi yeniləndi, şagirdlər üçün isti geyimlər alındı.

Vanq ilk dəfə Pekinə gedib mərkəzi isitmə sistemini görəndə yalnız bu sözləri dedi: “Evdə palto ilə yatırıq… Burada isə tək köynəklə gəzə bilirəm. İsinmək möcüzə imiş". Bir uşaq, bir foto, bir həqiqət: Bəzən dünyanı dəyişmək üçün sadəcə bir anlıq görüntü kifayətdir.

176829

Seçilən
68
50
azedu.az

10Mənbələr